Gülnarənin türmə həyatı...


Dünya 05 İyl 2019 23:16:00 241 0

Gülnarənin türmə həyatı...

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın koloniyadakı yaşayış şəraiti normaldır, ona lazımi səviyyədə tibbi yardım göstərilir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Gülnarə Daşkənd vilayətinin Zangiat rayonunda yerləşən 21 saylı qadın koloniyasına 14 mart 2019-cu il tarixində daxil olub.

Maraqlıdır ki, Kərimova çarpayısının pəncərə kənarında olmasını istəyib. Həmin yeri başqa bir məhbus tutsa da, o, sabiq prezident qızına güzəşt edib.

Kərimova bağlama, pul qəbul edib, kaloniyanın mağazasında xərcləyib.  Bundan başqa o, aprelin 12-dən 15-dək ailə üzvləri ilə görüşüb.


Xəbərə aid foto