Meksika prokurorluğu Pemex neftqaz şirkətinin sabiq başçısının həbsinə yeni order alıb


Dünya 05 İyl 2019 23:07:00 252 0

Meksika prokurorluğu Pemex neftqaz şirkətinin sabiq başçısının həbsinə yeni order alıb

Meksika Baş Prokurorluğu Pemex dövlət neft və qaz şirkətinin keçmiş rəhbəri Emilio Losoyinin həbs edilməsi üçün yeni order alıb.

Trend-in məlumatına görə, bu barədə "Excelsior" qəzeti xəbər verib.

Məlumata əsasən, həbs qərarı Braziliya tikinti şirkəti "Odebrecht"də korrupsiya haqqında rezonans məsələ ilə bağlıdır.

Bildirilir ki, həmin şirkətinin təmsilçiləri uzun illər ərzində Cənubi Amerika ölkələrində yerli məmurları ələ keçirərək müqaviləlar imzalayıblar.