Bakıda azyaşlını şantaj edib 610 min manatını alan dəstə üzvlərinə hökm oxundu


Digərləri 05 İyl 2019 15:56:00 173 0

Bakıda azyaşlını şantaj edib 610 min manatını alan dəstə üzvlərinə hökm oxundu

Külli miqdarda dələduzluq və hədə-qorxu ilə tələb etmədə ittiham olunan Famil Qafarov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və hədə-qorxu ilə tələb etmədə ittiham olunan Famil Qafarov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Qafarov 9 il, Ş.Tarverdiyev 8 il, E.Əliağazadə isə 6 il azadlıqdan məhrum edilib. İttihama görə, dəstə üzvləri Füzuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Rayon sakini, 2000-ci il təvəllüdlü R.Rüstəmov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək bildirib ki, 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızılları əlindən alınıb. Şikayət əsasında üç nəfər - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü R.Tarverdiyev, 1992-ci il təvəllüdlü, Şirvan şəhər sakini F.Qafarov və 1993-cü il təvəllüdlü, Astara rayon sakini E.Əliağazadə məsuliyyətə cəlb olunublar.