"Təcavüzkarı öldürənə 1500 dollar verəcəyəm"


Dünya 05 İyl 2019 15:22:00 278 0

"Təcavüzkarı öldürənə 1500 dollar verəcəyəm"

Təcavüzkarı öldürənlər mükafatlandırılacaq.

Son.az haberler-ə istinadla xəbər verir ki, bu sözləri Hindistanlı siyasi ekspert ölkədə artan təcavüz olayları ilə bağlı danışarkən söyləyib.

7 nəfər tərəfindən zorlanan iki bacının evlərinə baş çəkən ekspert qalmaqallı açıqlama verib. Rajeş Ranjan adlı keçmiş siyasətçi qadınları zorlayan şəxsin öldürülməsini təklif edib.

"Təcavüzkarı öldürən şəxsə 1500 dollar pul verəcəm. Öldürülənlərin sayı nə qədər artıq olsa, verəcəyim pul da çox olacaq", - Rajeş Ranjan söyləyib.