YAP və ETSN-nin birgə fəaliyyət planı təqdim edilib


Digərləri 05 İyl 2019 13:10:00 213 0

YAP və ETSN-nin birgə fəaliyyət planı təqdim edilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında birgə fəaliyyət planının təqdimat mərasimi keçirilib.

Bakı. Elçin Mehdiyev – Bu gün Yeni Azərbaycan Partiyası (YAP) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında birgə fəaliyyət planının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, millət vəkilləri, YAP və nazirlik nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Ə.Əhmədov bu gün dünyada mövcud olan ekoloji problemlərdən söz açıb. İcra katibi bildirib ki, ekoloji problemlər bütün dünyanı narahat edən bir məsələdir. Ə.Əhmədov vurğulayıb ki, bu problem Azərbaycan cəmiyyətini də narahat etməkdədir: “Biz çalışırıq ki, ekoloji problemlərin həllinə öz töhfəmizi verək. Hesab edirəm ki, hər bir cəmiyyət öz gələcəyini düşünür. Hesab edirik ki, biz ağacəkmə kampaniyasını Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sistemli şəkildə həyata keçirək. Biz bu tədbirlərlə cəmiyyətə ismarış veririk ki, təbiətin qorunması hər bir vətəndaşın borcudur. Çünki hər kəsə təmiz hava və su lazımdır".