Ərdoğan: "Türkiyə parlament idarəçiliyinə heç vaxt qayıtmayacaq"


Dünya 05 İyl 2019 12:15:00 211 0

Ərdoğan: "Türkiyə parlament idarəçiliyinə heç vaxt qayıtmayacaq"

Türkiyə parlament idarəçiliyinə heç vaxt qayıtmayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə xalqı prezident idarəçiliyinə səs verib və bu, ölkəni daha da qüdrətli edib.

Türkiyəli lider deyib: "Əgər prezident idarəçiliyi hansısa problemlər yaradırsa, ölkə hökuməti bu problemi aradan qaldıracaq".