Nazir: Bu ilin ilk rübündə artımların təmin edilməsi üçün dövlət 1,9 milyard manat maliyyə yükünü üzərinə götürüb


Digərləri 05 İyl 2019 11:05:00 183 0

Nazir: Bu ilin ilk rübündə artımların təmin edilməsi üçün dövlət 1,9 milyard manat maliyyə yükünü üzərinə götürüb

Bu ilin ilk rübündə artımların təmin edilməsi üçün dövlət 1,9 milyard manat maliyyə yükünü üzərinə götürüb

Bakı. Elçin Mehdiyev – Ümumilikdə cari ilin ilk rübündə reallaşdırılan və artımların təmin edilməsi üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək kimi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən 18 iyunda imzalanmış sərəncama əsasən minimum əməkhaqqının 180 manatdan 250 manata artırılmasından sonra Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə təkcə qonşu yox, MDB-yə üzv ölkələrlə müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahiblənmiş olacaq. Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması, eyni zamanda beynəlxalq səviyyədə Azərbaycanın reytinqinin daha da yüksəlməsinə, azmaaşlı işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, qeyri-rəsmi əməkhaqlarının leqallaşdırılmasında yeni irəliləyişlərə öz müsbət təsirini göstərir.