İkimərtəbəli evdə yanğın olub


Digərləri 05 İyl 2019 10:49:00 189 0

İkimərtəbəli evdə yanğın olub

Qaxda ikimərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun İlisu kəndində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 38 m² sahədə yanıb.

Yüksək temperaturdan 1-ci mərtəbədə 5 m² sahədə tavan qarsalanıb. Evin qalan hissəsi mühafizə yanğından olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.