Bahamda helikopter qəzasında ölən kömür maqnatı, milyarder KİMDİR?


Digərləri 05 İyl 2019 10:03:00 222 0

Bahamda helikopter qəzasında ölən kömür maqnatı, milyarder KİMDİR?

Baham adalarında helikopter qəzaya uğrayıb.

Bakı. Baham adalarında helikopterin qəzaya uğraması nəticəsində həlak olan 7 nəfərin arasında kömür maqnati, amerikalı milyarder Kris Klaynın da olduğu qeyd edilir. Trend-in məlumatına görə, qəza helikopter ABŞ-a uçarkən baş verib. Helikopter səhər saatlarında havaya qalxıb. Qəza ilə bağlı məlumatı Baham adalarının polis nümayəndələri təsdiq edib. Milyarderin 62 yaşını qeyd etmək ərəfəsində ailəsi ilə birlikdə səfərə çıxdığı bildirilir. Helikopterdən heç kim sağ çıxmayıb. Sudan çıxarılan meyitlər arasında maqnatın ailə üzvlərinin olması təsdiqlənib. Milyarderin meyitini isə dostları tanıyıblar. K.Klaynın 2000-ci illərin əvvəllərində kömür hasilatı biznesində uğur qazandığı və böyük sərvət topladığı məlumdur. "Forbes" nəşrinin məlumatına görə, onun var-dövləti 1,8 milyard dollar təşkil edir.