Beynəlxalq Muğam Mərkəzinin muğamsevərlərə yay hədiyyəsi


Digərləri 05 İyl 2019 06:30:00 189 0

Beynəlxalq Muğam Mərkəzinin muğamsevərlərə yay hədiyyəsi

Beynəlxalq Muğam Mərkəzi 10 illik fəaliiyyətinin yekun mövsümündə daha bir maraqlı layihə ilə musiqisevərlərin görüşünə gəlir.

Bakı. Beynəlxalq Muğam Mərkəzi 10 illik fəaliiyyətinin yekun mövsümündə daha bir maraqlı layihə ilə musiqisevərlərin görüşünə gəlir. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramları təqdim olunacaq. İyul ayından start götürəcək layihə ilin sonuna kimi davam edəcək. İsti yay günlərində ən gözəl istirahəti milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənləri tətil boyu təşkil olunacaq muğam axşamlarına dəvət edirik. Tamaşaçıların estetik zövqünə və xoş istirahətinə müsbət təsir göstərəcək konsertlərdə tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər. Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.