Qazaxda minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb


Digərləri 05 İyl 2019 04:21:13 172 0

Qazaxda minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qazax rayonunun Çaylı kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.