Milyarderləri “"tora salan" məşhurlar FOTO


Digərləri 04 İyl 2019 23:50:00 230 0

Milyarderləri “"tora salan" məşhurlar  FOTO

Hollivud ulduzları gördükləri işlərlə yanaşı, şəxsi həyatları ilə də hər zaman gündəmdədirlər. Kimi ailə həyatı üçün həmkarına, kimi isə maddi durumu yüksək olan biznesmenə üz tutur. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "milyarderləri toruna salan" məşhurları təqdim edir:

Model Naomi Kempbell (49) və Vladislav Doronin (56)

Vladislav Doronin - rusiyalı sahibkar və "Capital Group"un sahibidir. Cütlük 2008-ci ildə Kann festivalında tanış olub, 2012-ci ildə ayrılıblar.

Aktrisa Salma Hayek (52) və Fransua-Anri Pino (57)

Fransua-Anri Pino - fransalı biznesmen və "Artemis Group"un prezidentidir. 2006-cı ildə Venesiyada tanış olan cütlüyün Valentina adlı bir qızı var. Salma ilə Fransua-Anri ötən il evləniblər.

Aktrisa Nikol Kidman (51) və Stiv Binq (54)

Stiv Binq - amerikalı biznesmen, kinoprodüser bə "Shangri-La" biznes-şəbəkəsinin banisidir. Cütlük 2004-cü ildən münasibətə başlayıb, 2005-ci ildə ayrılıb.

Model Peris Hilton (38) və Paris Latsis (36)

Paris Latsis - 7,5 milyar dollar sərvətə sahibdir. Cütlük 2005-ci ildə tanış olub nişanlanacağını elan etsə də, 5 ay sonra ayrılıblar.

Model Miranda Kerr (36) və Evan Şpiqel (29)

Evan Şpiqel - amerikalı milyarder "Snapchat"ın CEO-sudur. Cütlük 2014-cü ildə tanış olub, 2017-ci ildə ailə qurublar. 2018-ci ildə Miranda ilə Evanın oğlu dünyaya gəlib. Cütlüyün ikinci pvladı dünyaya gələcək.

Müğənni Rihanna (31) və Həsən Cəmil

Həsən Cəmil - Səudiyyə ərəbistanlı milyarder müğənni ilə 2017-ci ildən görüşməyə başlayıb. 2018-ci ildə ayrılsalar da, bu günlərdə yenidən birlikdə İtaliyada görülüblər.

Müğənni Merayya Kerri (49) və Ceyms Paker (51)


Xəbərə aid fotolar