5 ton ot bağlaması yanıb


Digərləri 04 İyl 2019 23:15:00 268 0

5 ton ot bağlaması yanıb

Zaqatala rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Əliabad qəsəbəsində "T-28" markalı traktorun 2 ədəd qoşqusu və qoşqulara yığılan 5 ton ot bağlaması yanıb.

Traktor yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.