Pişik kobraya qalib gəlib uşaqları xilas etdi VİDEO


Digərləri 04 İyl 2019 23:10:00 302 0

Pişik kobraya qalib gəlib uşaqları xilas etdi  VİDEO

Hindistanda evdə zəhərli ilan görən cəsarətli pişik ona qalib gələrək uşaqları xilas edib. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntüləri "UPI" portalı yayımlayıb.  

Videodan da göründüyü kimi, pişik kobra ilə uzun müddət mübarizə aparır və onu evdən uzaqlaşdırmağa müvəffəq olur. Bununla da o, evdəki uşaqları zəhərli ilanın təhlükəsindən qorumağı bacarır.

Pişik heç bir xəsarət almayıb. O, bir neçə dəqiqə ərzində sosial şəbəkələrdə məşhurlaşıb. İzləyicilər onun addımından heyrətə gəldiklərini bildirib.