İnsan DNAsında yadplanetli izi Alimlərdən yeni AÇIQLAMA


Digərləri 04 İyl 2019 22:55:00 401 0

İnsan DNAsında yadplanetli izi  Alimlərdən yeni AÇIQLAMA

Ufoloqlar qalmaqallı açıqlama ilə çıxış ediblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, onların fikrinə əsasən, insan DNA-sında yadplanetli izi var. Üçölçülü DNA spiralı 1953-cü ildə kəşf edilib və bu günə qədər də tədqiqatçıların diqqət mərkəzindədir. Ekspertlərin fikrinə görə, insanın belə mürəkkəb strukturunu təbiət yarada bilməzdi. Ehtimal edilir ki, insan genomu digər sivilizasiya tərəfindən kodlaşdırılıb. Burada onun koordinatları və "ali şüurun" mesajı var.

Bu versiyanı ufoloqlar da təsdiqləyirlər. Onların fikrinə görə, insanlar simmetrik piramida inşa edə bilməzdilər. Ufoloqlar Misir heroqliflərində DNA spiralını tapıblar və bunun təsadüf olmadığını qeyd ediblər.

Hazırda ekspertlər yadlanetlilərin DNA-sında özləri haqqında məlumatı niyə kodlaşdırdığını öyrənməyə çalışırlar və eyni zamanda kodları oxumaq istəyirlər. Ufoloqlar bildirirlər ki, bu kəşf "ali şüur" haqqında hər şeyi öyrənməyə və yadplanetlilərlə əlaqəyə girməyə kömək edəcək.