Bu günədək 800 min hektardan çox sahədə taxıl biçilib


Digərləri 04 İyl 2019 21:49:04 213 0

Bu günədək 800 min hektardan çox sahədə taxıl biçilib

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb.

Bakı. Samir Əli - Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 4-nə olan operativ məlumata görə, ölkə ərazisində 813812,2 hektar ərazidə taxıl biçini aparılıb, 321568 hektar ərazidə arpa, 492244,15 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2614756,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir. Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağsu ərazisində arpa əkilmiş 16036 hektar sahənin 15740 hektarı artıq biçilib, buğda əkilmiş 20038,5 hektar sahənin 17410 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq 32,5 s/ha təşkil edir. Oğuz ərazisində arpa əkilmiş 4118 hektar sahənin 4100 hektarı artıq biçilib, buğda əkilmiş 11969 hektar sahənin 10900 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,8 s/ha, buğda üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib: Rayon Buğda Arpa Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Abşeron 307 265 18,6 761 730 12,5 Ağdam 12228 12228 39,0 2215 2215 35,5 Ağdaş 4272,9 4262 24,9 11630 11630 24,1 Ağcabədi 22503 22503 37,1 6672 6672 32,7 Ağsu 20038,5 17410 32,5 16036 15740 31,0 Balakən 1215 1042 28,0 457,7 457,7 28,7 Beyləqan 11148 10666 35,2 1765 1765 29,2 Bərdə 9041 9041 44,3 2601 2601 38,9 Biləsuvar 13713 13713 32,7 14900 14900 30,9 Cəbrayıl 2430 2395 35,0 550 550 30,5 Cəlilabad 54907,5 47002 37,1 4509,1 4460 35,2 Füzuli 28621 28459 31,6 8505 8505 29,0 Goranboy 8235 8205 31,0 13449 13339 29,0 Göyçay 8740 8740 31,0 6851 6851 30,5 Hacıqabul 25925 8789,7 23,8 11008 9967 30,0 İmişli 12715,5 12715,5 38,7 6322 6322 34,2 İsmayıllı 23200 12613 37,6 6173 6027