Binəqədi sakini evində halsız vəziyyətdə aşkarlandı


Digərləri 04 İyl 2019 19:01:28 176 0

Binəqədi sakini evində halsız vəziyyətdə aşkarlandı

Vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bakı. Binəqədi sakini evində halsız vəziyyətdə aşkarlanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.