Bəstəkar vəfat edən oğluna şeir yazdı


Şou-biznes 04 İyl 2019 17:09:00 302 0

Bəstəkar vəfat edən oğluna şeir yazdı

Bəstəkar və şairə Xanım İsmayılqızı 5 il əvvəl dünyasını dəyişən oğluna şeir yazıb.

Son.az axşam.az-a istinadən xəbər verir kiə, bəstəkarın oğlu Fərid Əliyev ürək tutumasından vəfat etmişdi.

X.İsmayılqızının "Canım oğlum" adlanan şeirini təqdim edirik:

Canım oğlum. Sən elə gözəl gəlmişdin bu dünyaya, O qəribə gözlərinin özü boydaydı dünya. Seçilirdin, seçilmişdin. Buralar doğma deyildi, Elə bil ki, bilirdin...

Canım Oğlum. Öz adının mənasını soruşurdun dönə-dönə, Deyirdim ki, Fərid sözü qeyri-adilik deməkdi Və həm də seçilməkdi...

Canım Oğlum. Qucağımdan yerə qoya bildim səni, Sevilməyi, sevməyi, Qaçmağı da öyrətdim... Yerdən ayağı üzüb Uçmağı da öyrətdim...