Qida Təhlükəsizliyi Agentliyinin sədri qidadan zəhərlənib?


Digərləri 04 İyl 2019 16:25:00 327 0

Qida Təhlükəsizliyi Agentliyinin sədri qidadan zəhərlənib?

Qoşqar Təhməzlinin zəhərlənməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Son.az xəbər verir ki, qafqazinfo məlumatı dəqiqləşdirmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxlayıb.

Agentlikdən bildirilib ki,  bu, absurd və heç bir reallığı əks etdirməyən məlumatdır:

"Biz Qida Təhlükəsizliyi Agentliyi olaraq bu cür təxəyyül məhsulu olan əsassız xəbərlərə bir qayda olaraq şərh vermirik. Diqqət yetirdikdə xəbərin içərisində bir-birini təkzib edən kifayət qədər məlumatın olduğu və xəbərin əsassız şayiə olduğu aydın görünür.