İranda 1 saatda 11 zəlzələ baş verdi


Dünya 04 İyl 2019 14:54:00 272 0

İranda 1 saatda 11 zəlzələ baş verdi

İranın şimalında yerləşən Simnan vilayətinin Damğan rayonunda bir saat ərzində 11 dəfə ardıcıl zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Bir saat ərzində baş verən yeraltı təkanların birincisi 2,5 bal gücündə olsa da, 10:57-də qeydə alınan yeraltı təkan 4,7 bal gücündə olub.

İndiyədək ehtimal olunan itki haqda məlumat verilməyib.