İmtahan suallarını öncədən FETÖ üzvlərinə ötürən 12 şübhəli həbs edildi


Dünya 04 İyl 2019 13:36:00 227 0

İmtahan suallarını öncədən FETÖ üzvlərinə ötürən 12 şübhəli həbs edildi

Türkiyə polisi FETÖ terror təşkilatına qarşı mübarizəni davam etdirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, FETÖ-ya qarşı mübarizə çərçivəsində haqqında həbs qərarı çıxarılan 30 şübhəlidən 12-si həbs edilib.

Məlumata görə, Türkiyə Baş Prokurorluğu 2009-cu ildə Polis Kollecinə qəbul üçün keçirilən imtahanın suallarının öncədən ələ keçirilərək FETÖ üzvlərinə paylanılması ilə bağlı apardığı araşdırma çərçivəsində 30 şübhəli haqqında həbs qərarı çıxarıb.

Şübhəlilərin yaxalanması məqsədilə bu səhər Ankara Polis İdarəsi tərəfindən eyni anda 14 bölgədə əməliyyat aparılıb. Nəticədə şübhəlilərdən 12-si həbs edilib.