Məşhur şouda qalmaqal:


Digərləri 04 İyl 2019 13:23:00 251 0

Məşhur şouda qalmaqal:

Britaniyanın İTV telekanalında nümayiş olunan populyar "Love İsland" realiti-şousunun iştirakçıları prodüserlərin onların şəxsi münasibətlərinə kobud müdaxiləsindən şikayətləniblər.

Son.az Closer-ə istinadən bildirir ki, 2017-ci ildə şouya qatılmış Conni Mitçellin dediyinə görə, prodüserlər istədiklərini edirlər: "Onlar iştirakçıları çox əməllərə məcbur edirlər. Onların öz taktikaları var. Kimin qalib gələcəyini əvvəlcədən bilirlər".

Mitçellin sözlərinə görə, prodüserlər iştirakçılarla danışaraq istəklərinə çatırlar.

"Layihədə yeni qız peyda olan kimi onlar deyirlər: "Fikrimizcə, o gözəldir. Bəs sən nə düşünürsən?! O qızı yaxından tanı". Prodüserlər bu və digər tərəf-müqabilin seçiminə təkan verirlər", - Mitçell söyləyib.

Şounun digər iştirakçısı Lora Anderson da iştirakçıların davranışına prodüserlərin ciddi təsir etdiklərini deyib: "Bizi şounun çəkildiyi villada uzun müddət ayrı otaqlarda saxladılar, danışmağa belə, imkan vermədilər".


Xəbərə aid fotolar