Nazarbayevin nəvəsinin intihar cəhdi təsdiqləndi FOTO


Digərləri 04 İyl 2019 12:47:00 235 0

Nazarbayevin nəvəsinin intihar cəhdi təsdiqləndi  FOTO

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev, gerçəkdən də, Londonda intihar etmək istəyib.

Son.az RBK-ya istinadən bildirir ki, Londonun Sautark rayonundakı Kral Məhkəməsi A.Nazarbayevi polis əməkdaşına xəsarət yetirməkdə suçlayıb.

Otel nömrəsindəki intihara cəhdin depressiya ilə bağlı olduğu iddia edilir.

A.Nazarbayevin onun intihar cəhdinə mane olmağa çalışan polis konstebli Ross Sembrukun qolunu dişlədiyi deyilir.

Aysultan Nazarbayev sabiq prezident Nursultan Nazarbayevin böyük qızı Dariqanın və mərhum iş adamı Rahat Əliyevin oğludur. D.Nazarbayeva hazırda Qazaxıstan Senatının spikeridir.

Britaniyadakı Sanderhösrt Kral Hərbi Akademiyasını başa vurandan sonra A.Nazarbayev Qazaxıstanda hərbi əks-kəşfiyyatda xidmət edib.


Xəbərə aid fotolar