Elza da oturuşuna görə tənqid edildi "Yaşına uyğun hərəkətlər eləmirsən"


Şou-biznes 04 İyl 2019 11:29:00 271 0

Elza da oturuşuna görə tənqid edildi  "Yaşına uyğun hərəkətlər eləmirsən"

Əməkdar artist Elza Seyidcahanın yeni yayılmış fotosu tənqid edilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, görüntü İnstaqram-da paylaşılıb. Əməkdar artistin pişiyi ilə bardaş qurub oturmuş vəziyyətdə olan fotosu izləyicilər tərəfindən tənqid atəşinə tutulub. Onlar Seyidchanı özünü yaşına uyğun aparmamaqda günahlandırıblar.

Fotoya "Bunun oturuşuna bax", "Bir sən qalmışdın, sən də soyundun" kimi tənqidedici şərhlər yazılıb. Xatırladaq ki, bir neçə gün öncə müğənni Damla da fotodakı oturuşuna görə izləyicilər tərəfindən  tənqid edilmişdi.

Sözügedən fotonu təqdim edirik: