İraqın təhlükəsizlik qüvvələri səkkiz terrorçunu məhv edib


Dünya 04 İyl 2019 08:59:00 247 0

İraqın təhlükəsizlik qüvvələri səkkiz terrorçunu məhv edib

Təhlükəsizlik qüvvələrinin əməliyyatı və beynəlxalq koalisiyanın hava hücumları zamanı İraqın qərbində ən azı səkkiz silahlılar zərərsizləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Əl-Cəzirə əməliyyatlar qərargahı komandanlığının tərkibində olan "Həşd Hədis" briqadasının qüvvələri dörd terrorçunu zərərsizləşdirib və onların nəqliyyat vasitəsini məhv edib.

Həmçinin bildirilir ki, dörd terrorçu aviyasiyanın hava zərbəsi nəticəsində zərərsizləşdirilib.