123 otaq, gecə klubu, şərab kolleksiyası... Hamısı bir malikanədə FOTO


Digərləri 04 İyl 2019 08:12:00 220 0

123 otaq, gecə klubu, şərab kolleksiyası...  Hamısı bir malikanədə  FOTO

ABŞ-ın Los-Anceles şəhərindəki malikanələrdən biri 119,7 milyon ABŞ dollarına satılıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Candyland" adlı malikanə 1991-ci ildə ABŞ prodüseri Aaron Spellinq və onun ailəsi üçün tikilib. Binanın sonuncu sahibi - Petra Ekklstoun 2011-ci ildə onu 85 milyon ABŞ dollarına almış və təmir etdirmişdi.

Malikanədə 123 otaq var. Burada 14 yataq otağı, 27 sanitar qovşağı, gümüş saxlanılması üçün otaq, şərab kolleksiyası, kitabxana, spa mərkəzi, trenajor zalı, hovuz, boulinq, gecə klubu, bar, 2 qonaq otağı, eləcə də konfrans və danışıqlar aparmaq üçün zal yerləşir.

Ərazidə tennis kortu, futbol meydançası, açıq hovuz, istirahət zonası, qaraj, həmçinin, çox sayda ağac, kol və bağ heykəlləri var.


Xəbərə aid fotolar