PKK terrorçuları ilə atışmada Türkiyə ordusunun əsgəri ölüb


Dünya 04 İyl 2019 08:08:00 230 0

PKK terrorçuları ilə atışmada Türkiyə ordusunun əsgəri ölüb

Türkiyənin Siirt vilayətində PKK terrorçularına qarşı hava əməliyyatı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, PKK terrorçuları ilə atışmada iki türk əsgəri yaralanıb. Yaralı əsgərlər vilayətin dövlət xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onlardan biri dünyasını dəyişib.

Bildirilir ki, terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyatlar davam edir.