BMTnin baş katibi çağırış edib


Dünya 04 İyl 2019 07:35:00 236 0

BMTnin baş katibi çağırış edib

BMT-nin Baş katibi Antonio Quterreş Liviyada dərhal atəşin dayandırılması və siyasi dialoqa qayıdılması haqda çağırış edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyuzarrik deyib.

Qeyd edək ki, öncə Liviyada olan BMT missiyası bildirib ki, Tacura rayonunda qanunsuz miqrantların saxlanılma mərkəzinə edilən hava zərbəsi nəticəsində 44 nəfər həlak olub, 130 nəfərdən çoxu xəsarət alıb.