DST turistləri Zika qızdırması ilə yoluxmanın qeydə alındığı ölkələrdə ehtiyatlı olmağa çağırıb


Digərləri 04 İyl 2019 03:30:00 246 0

DST turistləri Zika qızdırması ilə yoluxmanın qeydə alındığı ölkələrdə ehtiyatlı olmağa çağırıb

Dünyanın 87 ölkəsində Zika virusunun infeksiyası müəyyən edilib, daha 61 ölkədə bu təhlükəli virusu yayan "Aedes aegypti" ağcaqanadları aşkarlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat Dünya Səhiyyə Təşkilatının (DST) son məlumatında öz əksini tapıb.

Hazırda virusun yayılması halları ABŞ-da, Latın Amerikası ölkələrində, Asiya və Afrikada qeydə alınıb. Turistlər arasında populyar olan Tailand, Kuba, Baham adaları, Meksika və Dominikana kimi bir çox ölkələr risk zonasında yerləşir.

Son aylar Zika virusuna yoluxma halları azalsa da, DST məzuniyyətlər mövsümündə bütün dincələnləri ehtiyatlı olmağa çağırır.

DST ekspertləri Zika virusu yoluxmalarının müəyyən olunduğu ölkələrə edilən səyahətlərə bu il məhdudiyyət qoymamağa qərar veriblər. Bununla yanaşı, mütəxəssislər səyahətçilər üçün bir sıra tövsiyələr dərc ediblər.

Virus ana bətnində olan körpə üçün daha çox təhlükə daşıdığından həkimlər hamilə və yaxın aylarda hamiləliyi planlaşdıran qadınlara virusa yoluxmanın qeydə alındığı ölkələrə getməzdən əvvəl bu barədə daha dərindən düşünməyi məsləhət görürlər.