Çox tərləmə nədən xəbər verir? Gizlin inkişaf edən xəstəliklər


Digərləri 03 İyl 2019 23:00:00 258 0

Çox tərləmə nədən xəbər verir?  Gizlin inkişaf edən xəstəliklər

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur. "Ağır fiziki iş zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər-tez buxarlanır və bunun nəticəsində dəri soyuyur".

Dermatologiya  üzrə mütəxəssis Dr. Selma Uçar, tərləmə probleminin, sistemik xəstəliyin xəbərçisi ola biləcəyini bildirib.

Son.az medicina.az-a istinadən həmin açıqlamanı təqdim edir. "Bədənin isti soyuq tarazlığını tərləmə saxlayır. Vücudda 2-4 milyon tər vəziləri var. Bunlar qadınlarda çox olmasına baxmayaraq? kişilərdə daha aktivdir. Tərləmə həyəcan, fiziki hərəkətlər, qorxu, əsəbiləşmək, kimi vəziyyətlərdə daha da aktivləşir. Lakin bu kimi səbəblər yoxdur və heçnəsiz tərləmələr həddindən çoxdursa, orqanizmdə problem var. Bu durumun altında yatan səbəb adətən metabolik, hormonal xəstəlik, yaxud istifadə edilən dərmanlar ola bilər. Əl, ovuc içi, qoltuqaltı, üz ilə ayaqlarda yaranan aşırı tərləmənin altında isə adətən hər hansı bir səbəb olmur. Ancaq bütün bədəndə olan tərləmənin infeksiya, ürək xəstəliklərindən ağciyər problemlərinə qədər bir çox xəstəliyin xəbərçisi ola bilər. Ona görə də belə probleminiz olanda əvvəlcə həkimə müraciət etməlisiniz ki, altında yatan səbəb müəyyən olunsun".

TƏRLƏMƏ PROBLEMİNİN GÜNDƏLİK HƏYATA MƏNFİ TƏSİRLƏRİ    18-30 yaş arasında daha çox müşahidə edilən lokal tərləmə sosial həyata təsirsiz ötüşmür.