Bu il qriplə xəstələnmə halların sayı keçən ilkindən azdır


Digərləri 03 İyl 2019 22:20:00 201 0

Bu il qriplə xəstələnmə halların sayı keçən ilkindən azdır

Ötən illə müqayisədə bu il ölkəmizdə qripə yoluxma hallarının sayı azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. Onun dediyinə görə, ötən il qripə yoluxma halları daha çox müşahidə olunurdusa, bu ilin beş ayı ərzində cəmi 113 nəfərdə qrip virusu qeydə alınıb: "Keçən ilin qış aylarında mövsümlə əlaqədar kəskin respirator virus infeksiyalarının artımı müşahidə olunurdu. Hətta bu ilin beş ayının göstəricilərini keçən ilin müvafiq dövrü ilə müqayisə edəndə 3,4 faiz azalma olduğu məlum olur. Apreldən başlayaraq isə ölkəmizdə qripə yoluxma halları qeydə alınmayıb".