1 saata 45 min xərclədi


Digərləri 03 İyl 2019 20:45:00 219 0

1 saata 45 min xərclədi

Müğənni Demet Akalın apreldə işıq üzü görən albomunun ilk konsertini ötən gün gerçəkləşdirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 5 min insanın qarşısına çıxan Akalın ötənilki tamaşaçı sayını aşaraq, öz rekordunu yeniləyib.

Bütün biletləri günlər əvvəl bitən müğənnini dinləməyə gələnlər arasında əri Okan Kurt, qayınatası Abdi Kurt, qayınanası Yıldız Kurt və sənət dostları da yer alıblar.

Üzəri əl işləməsi olan qısa libas geyinən Demet arıqlaması və şousu ilə diqqət çəkib. Sənətçi özəl hazırlanan səhnə dekorasiyası üçün 45 min lirə (təxminən 13 min manat) xərcləyib.