Monika Belluççi özündən 18 yaş kiçik sevgilisindən ayrıldı


Digərləri 03 İyl 2019 20:04:00 203 0

Monika Belluççi özündən 18 yaş kiçik sevgilisindən ayrıldı

54 yaşlı aktrisa Monika Belluççi rəssam sevgilisi Nikolos Lafevrdən ayrılıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə kino ulduzu verdiyi müsahibəsində etiraf edib.

"İndi bizim münasibətlərimiz yeni müstəviyə - bütün ömür boyu davam edən dostluğa keçib. Biz Nikolasla, şübhəsiz ki, bir-birimizi sevirik və o, mənə çox şey öyrətdi" , - deyə Monika müsahibəsində qeyd edib.

Göründüyü kimi, cütlük qarşılıqlı razılaşma əsasında yollarını ayrılıb. İndi Monika və Nikolas Parisdə yaşayır, onlar ayrılmağa qərar versə də, dost kimi görüşməyə və tədbirlərdə iştirak etməyə davam edir.


Xəbərə aid foto