43-cü sessiyada bir sıra ölkələrin təbii və mədəni irs nümunələri ilə bağlı müvafiq qərarlar qəbul olunub


Digərləri 03 İyl 2019 19:34:00 155 0

43-cü sessiyada bir sıra ölkələrin təbii və mədəni irs nümunələri ilə bağlı müvafiq qərarlar qəbul olunub

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının milli mülkiyyətin qorunmasına həsr olunan plenar iclası mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə öz işini davam etdirdi.

Bakı. Elçin Mehdiyev - İyulun 3-də günün ikinci yarısında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının milli mülkiyyətin qorunmasına həsr olunan plenar iclası mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə öz işini davam etdirdi. Trend-in məlumatına görə, əvvəlcə katibliyin hazırladığı Ərəb dövlətləri regionunda qarışıq irslə bağlı bənd müşahidəçilərin şərhi olmadığı üçün müzakirəsiz qəbul edildi. Sonra Şimali Makedoniyadakı Ohrid gölü və onun ətrafında təbii-mədəni duruma olan təhdidlər geniş müzakirələr doğurdu. Bununla əlaqədar Ümumdünya İrs Komitəsinin hazırladığı hesabat dinlənildi. Qeyd olundu ki, urbanizasiyanın və turizmin inkişafı, gölün ətrafındakı monastır-kilsənin yeni tikilən binalar tərəfindən sıxışdırılması həmin ərazinin qorunmasını təhdid edir. Hələ 40-cı, 41-ci sessiyalarda qərar qəbul edilsə də, Ohriddə lazımınca konservasiya işləri görülməyib. Çıxış edən ölkələrin nümayəndələri arasında Şimali Makedoniyaya vəziyyəti düzəltmək üçün bir qədər də vaxt verilməsini təklif etdilər. Əgər Ümumdünya İrs Komitəsinin tövsiyələri nəzərə alınmazsa, o zaman Ohrid təhlükə ilə üzləşən obyektlər siyahısına daxil edilsin. Şimali Makedoniya nümayəndə heyəti öz mövqeyini bildirdi. 2017-ci ildən başlayaraq Ohrid gölü ilə bağlı məsələlərdə müsbət irəliləyişlər barədə məlumat verildi. Qonşu ölkələr - Macarıstan və Albaniya təmsilçiləri də Şimali Makedoniyanın mövqeyini dəstəklədilər, göllə bağlı vəziyyət üçün birgə məsuliyyət daşıdıqlarını söylədilər. Geniş müzakirə edilən ikinci məsələ Tanzaniyadakı Hqoronqoro krateri zonasının unikal təbii mühitinin qorunması ilə bağlı oldu. Üzv dövlətlərin, eləcə də İCOMOS-un nümayəndələri öz fikirlərini bildirdilər. Tunisdəki Kartaj arxeoloji zonası ilə bağlı Ümumdünya İrs Komitəsinin və İCOMOS missiyasının tövsiyələrinin nəzərə alındığı, milli hökumətin gördüyü işlər müsbət qiymətləndirildi.