Səddam Hüseynin edamına necə qərar verilib?


Dünya 03 İyl 2019 17:35:00 192 0

Səddam Hüseynin edamına necə qərar verilib?

İraqın devrilmiş prezidentin Səddam Hüseynin edam olunmasından 13 ildən çox vaxt keçir.

Son.az avropa.info-ya istinadən xəbər verir ki, BBC kanalı Səddam Hüseynin edamına qərar verən iraqlı hakimlərdən birindən aldığı reportajda Səddamın son anlarına dair detalları paylaşıb. İraqlı hakim Munir Haddad qərarın necə verilməsi və icra olunması haqda danışıb.

- Nuri əl-Maliki hökuməti ilə məsləhətləşmə aparılırdı. Səddam Hüseynin edam qərarı necə verildi?

- Apellyasiya məhkəməsi kimi 9 üzvdən ibarət idik. Qərarın təsdiqi üçün 9 üzv arasında səsvermə aparılması lazım idi. 23.12.2006-cı il tarixində Nuri əl-Maliki Səddam Hüseynin edam olunacağını iraqlılara bəyan etdi. Nuri əl-Maliki ilə dost idik. Məndən qərar haqda soruşdu. Mən də işin başa çatması üçün 1 ay lazım olduğunu dedim. Apellyasiya məhkəməsi yığışdı və uzun iclaslardan sonra 3 gün içində edam qərarı verdik.

- 9 üzvün hamısı edam qərarını imzaladı?

- 9 üzvdən yeddisi edam qərarını imzaladı. Digər iki üzv isə yayındı.

- Amerikalıların edam qərarına təsiri oldumu?

- Qətiyyən. Təsirləri olmadı. Amerikalılar və ingilislər məhkəmədə konsultant kimi iştirak edirdilər. İraq Cinayət Məhkəməsi İraq Ali Məhkəməsindən ayrı qurumdur, başqa məhkəmədir.

- Amerikalı və ingilis konsultantlar məhkəmədə iştirak edirdilər?

- Bəli, var idilər.

- Bəs, onların vəzifəsi nə idi?

- Onlar sadəcə maaşlarını alırdılar. Bir çox məhkəmədə, Lahey məhkəməsində kurs keçdik. Beynəlxalq qanunlar haqda dərs aldıq. Beynəlxalq Cinayət Məhkəməsi İraq Cinayət Məhkəməsindən fərqlidir. Belə ki, Səddam Hüseyn İraq qanunlarına görə mühakimə olunsaydı, azad olunardı. Biz də onu beynəlxalq hüquq əsasında mühakimə etdik. Qanunları ingiliscədən ərəbcəyə tərcümə etdik. Bu məsələdə iraq əsilli ingilis vəkil Sami Şələbinin rolu böyükdür.

- Nuri Malikinin "sağ əli" İzzət Şehbandarın sözləri haqda nə deyəcəksiniz?