Gürcüstanda yanacağın qiyməti bahalaşıb


Dünya 03 İyl 2019 17:22:00 191 0

Gürcüstanda yanacağın qiyməti bahalaşıb

Gürcüstan milli valyutasının ABŞ dolları və digər valyutalar qarşısında ucuzlaşması yanacağın qiymətinin artmasına səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiymətində artım müşahidə olunur.

Bu gün "Regular" markalı benzinin qiyməti 5 tetri, digər növ benzin və dizelin qiyməti isə 3-6 tetri arasında artıb.

Ekspertlərin fikrincə, qiymət artımı davam edəcək. Bu, təbii qaz və elektrik enerjisinin də qiymətlərinin bahalaşmasına səbəb olacaq.