QİÇSə yoluxan azərbaycanlı qadın türkiyəli kişilərin kabusu oldu FOTO


Digərləri 03 İyl 2019 17:04:00 236 0

QİÇSə yoluxan azərbaycanlı qadın türkiyəli kişilərin kabusu oldu  FOTO

Ötən gün xəbər verdiyimiz kimi, Karaman Polis Şöbəsinə Türkiyə vətəndaşları - 50 yaşlı Mehmet D., 53 yaşlı Həsən Hüseyn D., 46 yaşlı Erdal Y.-nın əcnəbi qadınları avtomobildə pul qarşılığında cinsi istismara məruz qoyması ilə bağlı məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanlarının Karaman şəhərində keçirdiyi əməliyyat çərçivəsində sözügedən şəxslər, eləcə də Həvva C. və Azərbaycan əsilli Natavan M. saxlanılıb.

35 yaşlı Natavan M. tibbi müayinədən keçirilən zamanı onda cinsi yolla keçən və QİÇS-ə yol açan HİV virusunun olduğu aşkarlanıb. O, sərbəst buraxılaraq Azərbaycana deportasiya edilib.

Son.az qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Natavan M.-nın virus daşıyıcısı olduğuna dair xəbərlər yayıldıqdan sonra bir çox kişi şəhərdəki infeksiya xəstəlikləri poliklinikasına müraciət edib.

Qeyd edək ki, şəhərdəki litseylərin birində məmur kimi çalışan "Çavuş" ləqəbli Mehmet D. və digər Türkiyə vətəndaşları polis bölməsində ifadə verdikdən sonra nəzarət şərtilə sərbəst buraxılıblar. Həvva C.-də azadlığa buraxılıb.


Xəbərə aid fotolar