Deputatdan maksimum bal yığan qıza jest


Digərləri 03 İyl 2019 16:54:50 212 0

Deputatdan maksimum bal yığan qıza jest

Deputat Aydın Mirzəzadə ali məktəblərə keçirilən qəbul üzrə ikinci imtahanda maksimum bal toplayan Aysel Seydəhmədova ilə əlaqə saxlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, deputat qeyd edib ki, məzunun atası fəhlə, anası isə evdar qadındır:

"Onlar iki övlad böyüdürlər. İkinci övladları da məktəbdə əla qiymətlərlə oxuyur. Ayselə hədiyyə almaq istədiyimi bildirib öz arzusunu soruşdum. Onun istəyi ilə ailələrinə lazım olan bir hədiyyə alınıb təqdim ediləcək".

Qeyd edək ki, A. Seydəhmədova Mingəçevir şəhər 8 saylı məktəbin məzunudur.