Rusiyadan bütün dünyanı təşviş içində saxlayan gəmi qəzası ilə bağlı


Dünya 03 İyl 2019 15:48:00 228 0

Rusiyadan bütün dünyanı təşviş içində saxlayan gəmi qəzası ilə bağlı

Ötən gün Rusiya Hərbi Dəniz Qüvvələrinə aid sualtı gəmidə baş verən və 14 nəfərin ölümünə səbəb olan yanğınla bağlı rəsmi açıqlama verilib.

Son.az publika.az-a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov hadisənin dövlət sirri olduğunu və detalları ictimaiyyətlə paylaşmayacaqlarını deyib.

Mətbuat katibi bildirib ki, prezident Vladimir Putinin hadisə ilə bağlı bütün bilgilərdən xəbəri var: "Dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunması baxımından bilgilərin ictimaiyyətlə bölüşülməməsi qanundankənar deyil. Son dərəcə normaldır".

Peskov yanan sualtı gəmidə nüvə reaktorunun olmasına dair verilən suala isə "Bu, Rusiya Müdafiə Nazirliyinin məsələsidir" cavabını verib.