Boliviya prezidenti Trampa:


Dünya 03 İyl 2019 15:28:00 234 0

Boliviya prezidenti Trampa:

Boliviya Prezidenti Evo Morales amerikalı həmkarı Donald Trampı digər xalqlara insani yanaşma sərgiləməyə çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, E.Morales bunu jurnalistlərin "D.Trampa nə məsləhət verərdi" sualına cavab olaraq deyib.

O bildirib ki, dünyada dominantlıq etməyə çalışan ölkə ilə üz-üzəyik: "Əgər Trampa məsləhət verə biləriksə, qoy dünya xalqlarına və bütün ikitərəfli münasibətlərə hörmət etməyi öyrənsin. ABŞ isə dövlət olaraq insan haqları və ətraf mühitin mühafizəsi ilə bağlı sənədləri təsdiq etsin".