Qıcolma keçirən qadın özünü bıçaqladı


Digərləri 03 İyl 2019 14:25:00 198 0

Qıcolma keçirən qadın özünü bıçaqladı

Gəncədə xəstə qadın özünü bıçaqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti 143 ünvanında baş verib. Orada yaşayan 1961-ci il təvəllüdlü Nəbiyeva Dinara bədəninin boyun və qarın nahiyyəsinə bıçaqla xəsarət yetirib. O, dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, D. Nəbiyeva qıcolma xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.