“AvtoVAZ” istehsalı tam dayandırıb


Digərləri 03 İyl 2019 14:29:00 215 0

“AvtoVAZ” istehsalı tam dayandırıb

Rusiyanın ən iri avtomobil istehsalçısı olan "AvtoVAZ" şirkəti bu gündən etibarən istehsalı tam dayandırıb.

Son.az APA-ya istinadla bildirir ki, buna səbəb avtomobil komponentlərinin əsas tədarükçüsü olan "Zavod Avtokomponent" MMC-nin üzərinə götürdüyü öhdəliklərin pozulması və avtomobil komponentlərin tədarükünün dayandırılmasıdır. "AvtoVAZ" həm Tolyatti, həm də İjevskdə yerləşən zavodlarda istehsalı dayandırmağa qərara alıb.