Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşib


Digərləri 03 İyl 2019 08:43:00 235 0

Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşib

“Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” təsdiq edilib.

Bakı. Elçin Mehdiyev - “Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, "Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib 1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 67094,0 hektar; 2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 4404,0 hektar; 3) turizm və rekreasiya zonası – 25842,0 hektar; 4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona – 1698,0 hektar; 5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfatistehsalat zonası – 22,0 hektar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin