Nazir müavini: "Bu il Azərbaycanda yeni dərman zavodu istifadəyə veriləcək"


Digərləri 03 İyl 2019 07:55:00 213 0

Nazir müavini: "Bu il Azərbaycanda yeni dərman zavodu istifadəyə veriləcək"

Azərbaycanda iki dərman zavodunun tikilməsi ilə bağlı işlər davam etdirilir.

Son.az bildirir ki, bunu Trend-ə Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, bu il zavodlardan birinin açılışının keçirilməsi nəzərdə tutulur. Zavodlardan biri Rusiya, digəri isə İran şirkəti ilə birgə tikilir.

Nazir müavininin sözlərinə görə, zavodlar fəaliyyətə başladıqdan sonra əhalinin ən çox istifadə etdiyi dərman vasitələri istehsal ediləcək.