Aİdə rəhbər vəzifələrə namizədlərin adları açıqlanıb


Dünya 03 İyl 2019 07:41:00 204 0

Aİdə rəhbər vəzifələrə namizədlərin adları açıqlanıb

Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə keçirilən təcili sammit zamanı əsas rəhbər vəzifələrə namizədlərin adlarını razılaşdırıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Avropa Şurasının rəhbəri Donald Tusk deyib.

Onun sözlərinə görə, Almaniyanın müdafiə naziri Ursula dor Der Lyayenin namizədliyi Avropa Komissiyasının rəhbəri vəzifəsi üçün irəli sürülüb.

Bundan əlavə, Belçikanın baş naziri Şarl Mişelin namizədliyi Avropa Şurasının rəhbəri vəzifəsi, İspaniyanın xarici işlər naziri vəzifəsini icra edən Jozep Borrelin namizədliyi Aİ diplomatiyasının rəhbəri vəzifəsi, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqardın namizədliyi isə Avropanın Mərkəzi Bankının rəhbəri vəzifəsi üçün irəli sürülüb.