Son 6 ildə Misirə 38 milyard dollardan çox xarici investisiya cəlb edilib


Digərləri 03 İyl 2019 02:30:00 218 0

Son 6 ildə Misirə 38 milyard dollardan çox xarici investisiya cəlb edilib

Afrika ölkələri birbaşa xarici investisiyaların cəlb edilməsi sahəsində böyük uğurlar qazanıb. 2018-ci ildə belə investisiyaların həcmi 46 milyard ABŞ dollarına çatıb. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 11 faiz çoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatlar BMT-nin Ticarət və İnkişaf Təşkilatının 2019-cu ildə dünyada investisiyalar barədə məruzəsində öz əksini tapıb.

Məruzədə qeyd edilir ki, son 6 ildə birbaşa xarici investisiyaların cəlb edilməsi göstəricisinə görə Afrika qitəsi ölkələri arasında liderlik Misirə məxsusdur. 2013-2018-ci illərdə Misir iqtisadiyyatına birbaşa investisiyaların həcmi 38,098 milyard dollar olub.

Hesabata görə, 2013-cü ildə Misirə təqribən 4,256 milyard, 2014-cü ildə təqribən 4,612 milyard, 2015-ci ildə təqribən 6,925 milyard, 2016-cı ildə təqribən 8,107 milyard, 2017-ci ildə təqribən 7,409 milyard və 2018-ci ildə 6,789 təqribən milyard ABŞ dolları məbləğində xarici investisiya cəlb edib.