Camaat və cümə namazlarında ən azı neçə nəfər iştirak etməlidir?


Digərləri 02 İyl 2019 23:55:00 281 0

Camaat və cümə namazlarında ən azı neçə nəfər iştirak etməlidir?

Camaat namazında, eləcə də, şərtləri daxilində cümə namazında iştirak etmək böyük savaba malikdir. Müctəhidlərimiz təkidlə namazları camaat halında qılmağı məsləhət görürlər.

Son.az islam.az-a istinadən bildirir ki, bir dəstə insan namaz vaxtı eyni yerdə toplaşıbsa, yaxşı olar ki, aralarından bir nəfəri imam-camaat seçib, arxasında namaz qılsınlar. Camaat namazını qılmaq üçün iki nəfərin olması kifayət edər. Yəni imamın yanında ona təqlid edən bir nəfərin durması camaat namazı üçün bəs edər. Cümə namazı qılmaq üçün 5 nəfər bir araya gəlməlidir. Belə ki, imam və 4 nəfər ona iqtida edən şəxs birləşib cümə namazı qıla bilərlər.