Rusiyada faciə: 14 hərbçi öldü


Dünya 02 İyl 2019 23:33:00 184 0

Rusiyada faciə: 14 hərbçi öldü

Rusiyaya məxsus sualtı aparatda yanğın baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 14 nəfər həlak olub. Hadisə zamanı 4-5 hərbçi xilas edilib.

Sualtı aparat Müdafiə Nazirliyinin maraqları çərçivəsində okeanın araşdırılması ilə məşğul olub.

Yanğının səbəbləri məlum deyil.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıqlamasında bildirib ki, baş komandanlığın rəhbərliyi altında hadisənin səbəblərinin araşdırılması ilə bağlı komissiya yaradılıb. O, həmçinin əlavə edib ki, qəza baş vermiş gəmi Şimali Murmansk vilayətindəki hərbi dəniz bazasına gətirilib.

Hadisədən dərhal sonra ölkə prezidenti Vladimir Putin Sergey Şoyqunu qəbul edib. Şoyqu məsələ ilə bağlı prezidenti məlumatlandırıb.