FHN Şamaxıda mediatur təşkil edilib FOTO


Digərləri 02 İyl 2019 21:37:00 173 0

FHN Şamaxıda mediatur təşkil edilib  FOTO

Fövqəladə Hallar Nazirliyi fevralın 5-6-da baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı Şamaxıda jurnalistlər üçün media-tur təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin zəlzələ bölgəsi üzrə qərargahının rəisi Həsən Qasımzadə mövcud vəziyyətlə bağlı media nümayəndələrinə ətraflı məlumat verib.

Jurnalistlər tikintisi başa çatan, hazırda tikilən və inşasına yeni başlanan fərdi və ictimai yaşayış binalarında olublar.

Bildirilib ki, təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin Şamaxıya gəlişi, mövcud vəziyyətlə yerindəcə tanış olması, sakinlərə dəyən zərərin qısa müddətdə aradan qaldırılması ilə əlaqədar bağlı konkret tapşırıqları artıq öz nəticəsini göstərib. Rayonda sakinlərə dəyən ziyanla əlaqədar 5985 müraciət daxil olub. Bu müraciətlərin 5974-nə baxılıb. Baxış keçirilən evlərin 2699-u şəhərdə, 448-i qəsəbədə, 2827-si isə kəndlərdədir. Müəyyən edilib ki, evlərdən 358-i kəskin qəzalı vəziyyətdədir. Bundan başqa, 1358 evdə bərpa-gücləndirmə işlərinə ehtiyac var. Evlərin 2360-ı isə təmirə ehtiyacı olanlardır. Şəhər üzrə 57, qəsəbələrdə 17, kəndlərdə 59 olmaqla ümumilikdə 133 evdə tikinti və söküntü işləri aparılıb. Üç ev inşa edilib, 129 evin tikintisi davam etdirilir. Dörd evdə isə söküntü işləri aparılır. Habelə 15 evdə bərpa işləri yekunlaşıb, 60 evdə isə davam etdirilir. Doqquz evin təmiri başa çatıb, beş evdə təmir işləri görülür.

Diqqətə çatdırılıb ki, zəlzələdən sonra kəskin qəzalı vəziyyətdə olan evlərə geoloqlar tərəfindən də baxış keçirilib. Bəzi evlər sürüşmə zonasında olduğu üçün yenidən sökülüb-tikilməsi məsləhət görülməyib. Bu cür evlərin sakinləri üçün rayon mərkəzində üç ictimai yaşayış binasının tikintisinə qərar verilib. Belə ki, hazırda ikigirişli, dördmərtəbəli, 44 mənzilli binada dəmir-beton işləri başa çatmaq üzrədir. Binanın sentyabrda istifadəyə verilməsi nəzərdə tutulub. Birgirişli, beşmərtəbəli, 20 mənzilli binanın isə tikintisi davam etdirilir. Daha bir ictimai yaşayış binasının - beş girişli, beşmərtəbəli, 115 mənzilli binada isə inşaat işlərinə başlanılıb.


Xəbərə aid fotolar