Çinin Uyğur türkləri: onlar kimdir və


Dünya 02 İyl 2019 21:26:00 301 0

Çinin Uyğur türkləri: onlar kimdir və

Sincan Çinin ən böyük regionudur, keçmiş Sovet Mərkəzi Asiya respublikaları, Rusiya, Monqolustan, Əfqanıstan, Pakistan və Hindistan daxil olmaqla, səkkiz ölkə ilə sərhədi var.

Tam adı Sincan Uyğur Muxtar Rayonu olan bu bölgə 1940-cı illərdə qısa bir müddət ərzində müstəqillik dövrünü yaşayıb, lakin 1949-cu ildə Çində kommunistlər hakimiyyətə gələndən sonra bu bölgəyə rəsmi Pekinin nəzarəti bərpa olunub.

Bu bölgədə 22 milyonluq əhali yaşayır, əhalinin təxminən 45 faizi türkdilli müsəlman Uyğur azlığını təşkil edir.

Etnik uyğurlar vaxtilə Sincan bölgəsində çoxluq təşkil edirdilər

Təbii ehtiyatlara zəngin olan bu bölgənin iqtisadi inkişafı han çinlilərin genişmiqyaslı immiqrasiyası ilə müşayiət olunur.

Bir çox Uyğur, Çin rəsmilərinin ayrı-seçkilik və marginallaşdırılma siyasətindən şikayət edir. Uyğurlar arasında 90-cı illərdən bəri anti-han və separatçılıq hissləri baş qaldırmağa başlayıb, bəzən bu özünü zorakı hadisələrdə göstərir.

Sincan 1949-cu ildə kommunistlərin hakimiyyətə gələndən sonra rəsmi olara Çinin tərkibinə daxil edildi.

2018-ci ilin avqust ayında BMT-nin insan haqları paneli "etibarlı hesabatlara" istinad edərək bildirmişdir ki, bir milyondan çox insan Sincanda ekstremizm əleyhinə mərkəzlərdə saxlanılır və bu, Çin hakimiyyətinin Sincan bölgəsini "böyük gizli əsir düşərgəsinə" çevirdiyini düşünməyə əsas verir.

Çin həbslərin miqyasını inkar edir, lakin "dini ekstremist" uyğurların köçürülməsini və islah edildiyini etiraf edib.

Faktlar

Sincan Uyğur Muxtar Rayonu - Çinin bölgəsidir Əhali - 22,1 milyon Sahəsi - 1,66 milyon kv km Əsas dil - Çin, Uyğur Əsas din - İslam Ömür uzunluğu - 79 (qadınlar), 74 (kişilər) Mənbə: BMT, Dünya Bankı, 2017-ci ilin Çin Statistik Məlumatları

Media

Hökumət yerli internet saytlarına senzura tətbiq edir. Sincan mediası yerli Kommunist Partiyası və hökumət tərəfindən sıx nəzarət altındadır.

Urumçi dövlət yayım şirkəti və Sincan dövlət yayım şirkəti Çin, uyğur və digər etnik icmaların dilində radio və televiziya verilişləri yayımlayır.

Çap olunan əsas dövlət qəzetləri arasında Çin dilində çıxan Sincan İqtisadi Gündəliyi nəşri də var.

2009-cu ildə kütləvi etirazlardan sonra rəsmilər bir ay müddətinə Sincanda internetə girişə qadağa tətbiq etdilər.

Sərhədsiz Reportyorlar təşkilatının bildirdiyinə görə, bloqerlər, internet istifadəçiləri və vebsayt sahibləri "repressiyalara məruz qalırlar".

2017-ci ilin iyul ayında hakimiyyət orqanları sakinlərdən mobil telefonlarına, cihazı izləyən və rəsmilərə hesabat göndərən tətbiqləri yükləməyi tələb ediblər.